Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 18-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

 

Sfera.az xəbər veirr ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağır.

 

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada (Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, Şahdağ, Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz, Sədərəkdə 14 mm, Şəmkir, Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz, Balakəndə 11 mm, Qrız, Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə, Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam, Mingəçevir, Naxçıvan, Kəlbəcər, Şamaxı, Xaltan, Göyçay, Ağstafa, İsmayıllı, Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac, Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi, Ordubad, Ceyrançöl, Xaçmaz, Xınalıqda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax, Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax, Göyçayda duman müşahidə olunub.

 

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda 19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...