Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirdi

Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirdi

2050-ci ilə qədər Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya, Polşa, Serbiya və Ukrayna kimi ölkələrdə məktəb yaşlı əhalinin sayı 2022-ci illə müqayisədə minimum 25 % azalacaq.

 

Sfera.az bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatına istinadən xəbər verir.

 

Albaniya, Ermənistan, Bolqarıstan və Kosovoda məktəb yaşlı əhalinin sayı ən azı 30 % azalacaq.

 

Hesabatda qeyd edilir ki, 2022-ci ildə ECA regionu əhalisinin təxminən 122 milyon nəfəri 20 yaşadək şəxslər olub. 2030-cu ilə qədər bu rəqəm 119 milyondan bir qədər aşağı düşəcək, 2050-ci ildə isə 14 % azalaraq 106 milyon nəfərə çatacaq.

 

“Orta göstəricilər regionun müxtəlif hissələrində əhəmiyyətli fərqləri gizlədir. Mərkəzi Asiya ölkələrində 2050-ci ilə qədər məktəb yaşlı əhalinin sayının artacağı, regionun qalan ölkələrində isə əhəmiyyətli azalmaların olacağı gözlənilir.

 

Uşaqların sayının azalması infrastrukturun izafiliyinə və şagird-müəllim nisbətinin aşağı olmasına gətirib çıxaracaq. Bundan əlavə, təhsilin keyfiyyəti problemi getdikcə aktuallaşır: son on ildə ECA-da təhsilin səviyyəsi aşağı düşüb. Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatda (PIRLS) iştirak edən ölkələrdə (Azərbaycan, Bolqarıstan, Şimali Makedoniya, Polşa, Rusiya və Türkiyə) dördüncü sinif şagirdlərinin orta balı 2006-cı ildəki 547-dən 2021-ci ildə 518-ə düşüb. Bu azalma eyni dövrdə orta balın 542-dən 526-ya qədər azaldığı Aİ ölkələrinin göstəricisi ilə müqayisədə bir qədər yüksək olub.

 

Bənzər tendensiya 15 yaşlılar arasında riyaziyyat üzrə PISA qiymətləndirmə tədqiqatının nəticələrində də müşahidə olunur: ECA-da orta bal 2012-ci ildəki 441-dən 2022-ci ildə 427-yə enib. Bu, PISA üzrə orta balın 490-dan 475-ə qədər azaldığı Aİ-dəki göstəricilərlə müqayisə olunandır. Finlandiya və Polşada ən yüksək göstəricilər təxminən 30 bal aşağı düşüb – bu, bir-iki illik təhsilə bərabərdir (Avvisati və Givord 2021). ECA ilə Şərqi Asiyanın ən yaxşı ölkələri arasında riyaziyyat fənni üzrə təhsil səviyyələrindəki fərq 2012-ci ildəki 114 baldan 2022-ci ildə 117 bala yüksəlib ki, bu da dörd il yarımlıq təhsilə bərabərdir. COVID-19 pandemiyasından sonra ECA-da şagirdlərin müvəffəqiyyət dərəcəsi hətta ən yaxşı təhsil sisteminə malik olan region ölkələrində belə nəzərəçarpacaq dərəcədə pisləşib”, - Dünya Bankının hesabatında vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...