Azərbaycanın qida sektorunda hansı problemlər var? - AÇIQLAMA

Azərbaycanın qida sektorunda hansı problemlər var? - AÇIQLAMA

16 oktyabr “Ümumdünya Qida Günü” kimi qeyd edilir. Bu gün 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis olunub. Son məlumatlara görə, dünyada 3 milyarddan çox insan sağlam qidaya sahib deyil, 800 milyondan çoxu isə aclıqla mübarizə aparır. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldıra bilərlər.


Maraqlıdır, Azərbaycanın qida sektorunda hansı problemlər var? Ölkəmizdə nə vaxtsa aclıq riski ilə qarşılaşa bilərikmi?  


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu günə qədər görülən işlərə görə Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı hər hansısa problem yoxdur və yaxın gələcəkdə də olması gözlənilmir. Dünyada iqtisadi böhran baş versə də, ölkəmizdə bu proses daha sabit keçir. O qeyd edib ki, dünyada istehsal olunan qidaların hər 1 milyard tonunun 8-17% aralığında hissəsi israf olunur. Ölkəmizdə də həddindən artıq qidanın israf olunduğunu müşahidə edirik:


“Bu, təhlükəli hal kimi qeyd oluna bilər. Bununla bağlı həyəcan təbili çalmağın vaxtıdır. Bu gün qlobal istiləşmə və iqlim dəyişikliyindən danışırıqsa, qidaların istehsalı, daşınması üçün böyük xərclər çəkildiyini, eyni zamanda həmin müddətdə yaranan qazların istixana qazlarının emissiyasının 8 faizini təşkil etdiyini vurğulamaq lazımdır. Bu qədər israf olunacaq qida üçün çəkilən xərc və istifadə olunan enerji boşa gedir”.


Mütəxəssis vurğulayıb ki, insanlar qida israfının qarşısını almaq üçün müəyyən addımlar atmalıdır:


“Qida israflarının qarşısının alınması üçün daha anlaşıqlı şəkildə alış-veriş edilməli və yeməyin sonradan atılmamalı olduğunu anlayaraq bişirilməli və yeyilməlidir. Qida tulantılarına yol vermək pula qənaət etməməyə, eləcə də gələcək nəsillər üçün resursların qorunmamasına gətirib çıxarır. Plastik qabların təbiətdə uzun müddət qalması, biomüxtəliflinin pozulması kənd təsərrüfatına və birbaşa olaraq heyvanlara zərər vurması dolayısıyla qida israfına gətirib çıxarır. Bu kimi halların aradan qaldırılması daha vacibdir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...