Cəlilabadda toy karvanında QƏZA - Xəsarət alan var

Cəlilabadda toy karvanında QƏZA - Xəsarət alan var

Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

 

Toy karvanında qatılan "VAZ-21015" markalı minik avtomobili bəylə gəlinin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.(apa)


OXŞAR XƏBƏRLƏR