Dağların arasında yerləşən Xınalıqdan REPORTAJ

Dağların arasında yerləşən Xınalıqdan REPORTAJ

Bu gün mediatur çərçivəsində dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və dünyanın ən yüksək yaşayış məntəqələrindən olan Xınalığa getmək üçün yola düşdük. “Xınalıq Unescoda 1 il" mövzusuna həsr olunmuş turda 40-dan çox jurnalist Xınalığın əsrarəngiz təbiəti ilə tanış olmaq üçün səbrsizlənirdilər.

 

Mən də 5000 illik tarixə malik olan Xınalığı gəzmək, oranın insanları ilə tanış olmaq üçün çox həyacanlı idim. Çətin relyef bizim yolumuza mane olsa da, gəlib çatdıq.

 

 

Xınalığın təmiz havası, gülərüz, səmimi insanları diqqətimi çox çəkdi. Bura gəlişimiz ən çox uşaqları sevindirmişdi. Çünki həmkarlarım yol boyunca yemək üçün aldıqları müxtəlif konfet və şirniyyatları bu uşaqlara verdilər. Onlar da nənələrinin toxuduğu rəngbərəng corabları satmaq həvəsi ilə sağa-sola qaçırdılar.

 

 

Burada yalnız uşaqlar deyil, yun əyirən nənələr, mal-qara otaran babalar da bizi maraqla qarşıladı. Hətta biz bu havalarda Xınalıqda turist olacağını düşünmürdük. Elə kənd sakinləri ilə söhbətləşirdik ki, xarici turistlərlə qarşılaşdıq. Onlar da böyük maraqla bizə yaxınlaşıb nə baş verdiyini anlamağa çalışırdılar.

 

Turistlər buranı çox bəyəndiklərini və fürsət tapdıqca gələcəklərini söylədilər.

 

 

Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılıb. Bundan bir neçə gün əvvəl, yəni sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.

 

Mediatur zamanı Xınalıqda bir il ərzində görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olduq. Burada qısa müddət ərzində memarlıq elementlərini özündə birləşdirən evlər tikilib və bərpa olunub.

 

 

2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb, 41 ev isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.

 

 

Gəzintimizin sonuna yaxın xatirə şəkilləri də çəkdirdik. Hamının üzündə xoş bir təbəssüm və gəzintinin verdiyi şirin bir yorğunluq var idi. Xınalığın səmimi və mehriban insanları ilə sağollaşdıqdan sonra yola düşdük.

 

Ülkər Abdurahmanlı

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...