"İslam dinində spirtdən istifadə haram deyil..." - İlahiyyatçıdan AÇIQLAMA + VİDEO

"İslam dinində spirtdən istifadə haram deyil..." - İlahiyyatçıdan AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə yayılan bir video müzakirələrə səbəb olub. Belə ki, görüntülərdəki şəxs “Telefona ekran qoruyucu çəkiləndə o, spirtlə silinibsə, həmin telefon cibinizdə olarkən namaz qılmamalısınız, buna icazə yoxdur” deyib.Sözügedən şəxs qeyd edib ki, namaz qılmaq istəyənlər ekran qoruyucusunu çıxarmalı, onu üç ayrı parça ilə silib təmizləməli, daha sonra istifadə etməlidirlər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan deyib ki, sözügedən şəxsin açıqlamaları tamamilə gülünc və əsassızdır:

 

“O, dini rişxənd obyektinə çevirir, eyni zamanda dini savad dərəcəsi də sıfırdır. Çünki dini bilən, imanı olan adam əsla belə söz deməzdi. Bütün din alimlərinə görə texniki və tibbi spirtin məişətdə, müalicədə, müayinədə istifadə edilməsi caizdir, bunda heç bir problem yoxdur. Hətta bəzi müasir fəqihlərin fətvasına görə spirt içilməsi yasaq olsa da, nəcis deyil, yəni üstünə, libasına spirt tökülmüş adamın namaz qılmasında problem yoxdur. Çünki içkinin, spirtin, sərxoşedicinin zahiri deyil, mahiyyəti və fəsad niyyəti ilə istifadəsi batildir. Tibdə müayinələr edilərkən, iynə, sistem vurularkən, cərrahi əməliyyatlar zamanı spirt istifadə edilir. Əksər maye formasında olan dərmanların tərkibində bir neçə faiz spirt olmasa, onlar xarab olur, ona görə spirt qatılır. Geniş istifadə edilən bir çox boyalarda, mayelərdə spirt və spirt tərkibli qatqılar olur. Evin döşəməsinə vurulan lak, dolğu dediyimiz məhlullarda spirtdən də qatı tərkib olur. Onda boyalı döşəmədə heç kəs namaz qılmasın? Kefirdə, qatıqda, şoraba adlandırılan turşularda, tam yetişib ötmüş meyvələrdə fərqli faizlərdə spirt olur ki, onu hamı yeyir, içir”.

 

İlahiyyatçı bildirib ki, İslam dininə görə spirt zəhər deyil:

 

“Sadəcə ondan sərxoşluq üçün istifadə edib fəsad çıxarmaq yasaqdır. Məişətdə, tibdə və istehsalatda sərxoşluq məqsədi olmadan spirtin istifadə edilməsində heç bir problem yoxdur. Bəzi adamların belə danışıb camaatda din haqqında ikrah hissi yaratmasına da ehtiyac yoxdur. Tərəddüd edən şəxs ağlını işlətsə, özü biləcək ki, nə halaldır, nə haramdır. Çünki Quranda insana ağlını işlətməsi əmr olunur”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...