Azərbaycan və Qazaxıstan mədəniyyət sahəsində də əməkdaşlığı davam etdirirlər

Azərbaycan və Qazaxıstan mədəniyyət sahəsində də əməkdaşlığı davam etdirirlər

Artıq hər kəsə bəllidir ki, Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi- iqtisadi, eyni zamanda mədəniyyət sahələrində əməkdaşlıq qurur. Ölkəmizin beynəlxalq nüfuzu isə bu konteskdə ildən-ilə artır.Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq Cənubi Qafqaz regionunda da yeni nizam formalaşıb, dövlətimizin istənilən nailiyyətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanda beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, o cümlədən dünyada da xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa əhəmiyyət verir.

 

Sfera.az bildirir ki, bu fonda ölkəmizin digər region dövlətləri ilə mədəniyyət sahəsində də əməkdaşlığı davam edir.

 

Məsələn, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Qeyd olunur ki, belə tədbirlərin, mədəniyyət günlərinin keçirilməsi xalqlarımızı daha da yaxınlaşdırır qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirir.  Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentləri də çıxışları zamanı hər zaman mədəni əməkdaşlığın inkişaf etdirilməsi sahəsində səylərin artırılması məsələsini vurğulayırlar. Belə ki, Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlığı sahəsində istər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələr üçün yaradılmış hüquqi-normativ baza həmin işin fəaliyyətində canlanmaya səbəb olur.

 

Qeyd etdiyimiz kimi, ötən günlərdə baş tutan, üç gün ərzində gerçəkləşən mədəniyyət günlərində konsert, tədbir və təqdimatlar keçirilib, bu isə ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz izlər qoyub. Sözügedən tədbirlərin qısa xronologiyasını xatırlatmaq yerinə düşər. Sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub. Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər. Həmin tarixdə K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında ölkəmizdən “Zaman" qrupunun etno-caz konserti də təqdim olunub. Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar. İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub. Eyni zamanda Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib, Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub, burada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib. Sentyabrın 26-da isə Qazaxıstan Respublikasının Milli Muzeyində Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova “Təbriz miniatür məktəbi” və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət” mövzularında çıxış ediblər. Həmçinin K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçirilib. Sonda bütün ifaçılar M.Maqomayevin məşhur “Azərbaycan” mahnısını birgə səsləndiriblər, incəsənət ustalarının şövqlə təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb. 

 

Bununla da Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyət Günləri başa çatıb. Beləliklə, deyə bilərik ki, Azərbaycan-Qazaxıstan mədəni əməkdaşlıq tarixində yeni mərhələ olan hazırkı dövrdə mədəni əlaqələrin dinamik xətlə inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə olunur, bu istiqamətdə zaman-zaman müxtəlif tədbirlər baş tutur, Azərbaycan və Qazaxıstan ədəbiyyat nümayəndələri müxtəlif beynəlxalq, yaxud ümumittifaq ədəbi məclislərdə görüşür, dövrün ədəbi-bədii problemləri haqqında fikir mübadilələri aparırlar.

 

Türkan 

 

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair b...

"Ermənistan təhlükəli oyunlara qoşulub" -Azərbaycan Prezidenti

Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imda...

Siyəzən polisi məktəblilərlə görüşdü - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keç...

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

Zülal immunitet sisteminin güclənməsində böyük rol oynayır.   Bəs gündə nə qədər zülal qəbul etməliyik.   Mövzu ilə bağlı Sfera.az-a danı...

“Bu, açıq-aşkar şantajdır” - Blinken

“Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz ...

"Bu dövlətlər işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər" - Prezident

Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, X...