Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oktyabrın 4-də Azərbaycanda hava şəraitinin yağmurlu olacağı gözlənilir.

 

Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği ARTIRILIR

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəli...

Lənkəran rayon prokurorunun işinə xitam verildi - FOTO

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərov işdən çıxarılıb.   Sfera.az...

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı...

“Qarabağ” – “Malmö” oyununa 24 min bilet SATILDI

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa bilet satışı davam edir. &nbs...

Türkiyə bu ölkədə NEFT AXTARACAQ - “Oruç Rəis” yola salınır

Türkiyə Somalinin dəniz sahillərində neft axtarışına başlayacaq.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, axtarış işləri “Oruç Rə...

Buraxılış imtahanında yeni model tətbiq ediləcək

2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan m...