Yeni dələduzluq növü: Ev telefonlarına ZƏNG EDƏRƏK... -VİDEO

Yeni dələduzluq növü: Ev telefonlarına ZƏNG EDƏRƏK... -VİDEO

Ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istəyiblər. 

 

Sfera.az-a xəbər verir ki, Bakı şəhər sakini Kəvakib Qasımovanın sözlərinə görə, o, edilən zəngə inanıb və çox həyəcan keçirib.

 

Ailənin digər üzvlərindən biri telefonu götürərək məsələni aydınlaşdırmaq istəyib. Bir müddət danışdıqdan sonra onların dələduz olduğunu anlayıb.

 

Hadisə zamanı evdə internet işləməyib. Vətəndaşlar iddia edirlər ki internet xidmətini dayandıran məhz həmin kiberdləduzlar olub. Hadisədən sonra aidiyyəti qurumun müdaxiləsi nəticəsində xidmət bərpa edilib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, son zamanlar kiberdələduzlar vətəndaşlar haqqında məlumat məlumat toplayaraq onlardan istifadə edirlər.

 

Nazirlikdən o da qeyd edilib ki, vətəndaşlar bu cür hallarda daha diqqətli olmalı və tanımadığı insanlara inanmamalıdır.

 

Mövzu ilə bağlı daha ətraflı videoma

terialda:

 


OXŞAR XƏBƏRLƏR