Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu



Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailəsinin aparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qarşı iddiası təmin olunub. 

 

Sfera.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil Xankişiyevlər ailəsinin müvəqqəti təminat tədbiri tələbini təmin edib iddiasını təmin edib.

 

Belə ki, Xankişiyev Vasif Vaqif oğlu ərizə ilə məhkəməyə müraciət edərək 11 yaşlı oğlu Xankişiyev Rasim Vasif oğlunun axtarışı və barəsində əvvəlki qaydada müəyyən müzakirələrin aparılması, habelə efirdən foto şəkillərinin təqdim olunması işinin “Arb Media Qrup”a və həmin media subyektində “Səni Axtarıram” tok-şousu və telelahiyəsinin aparıcısı kimi fəaliyyət göstərən Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsini tələb edib.

 

İddia ərizəsində qeyd olunur ki, Rasimin tapılacağı vədini yerinə yetirə bilməyəcəyini görən Xoşqədəm Hidayətqızı Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb. 

 

"X.Hidayətqızı “Rasimin axtarışını” ənənəvi şou predimetinə çevirmiş, izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldatmış, Rasimin aqibətini diqqət mərkəzində saxlayan hər kəsin duyğularını mənəviyyatsızcasına istismar etmişdir", - deyə iddia ərizəsində qeyd olunur. 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...