“E-polis” vasitəsilə itmiş əşyanın yerini müəyyən etmək olacaq? - RƏSMİ CAVAB

“E-polis” vasitəsilə itmiş əşyanın yerini müəyyən etmək olacaq? - RƏSMİ CAVAB

Bu ilin əvvəlindən Daxili İşlər Nazirliyinin (DİN) “E-Polis” mobil tətbiqi istifadəyə verilib. Tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Artıq “E-Polis” mobil tətbiqi vasitəsilə itirilmiş əşyanın tapılmaması, arayışın alınması barədə də sorğu göndərə bilərsiniz.

 

Bəs telefon itərsə və ya telefonu işlədən şəxs istərsə, “E-polis” vasitəsilə yerini müəyyən etmək olacaqmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında DİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib ki, tətbiqin belə funksiyası yoxdur.

 

Onun sözlərinə görə, funksiyanın əlavə ediləcəyi gözlənilmir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...