Bakıda tıxac problemi necə həll edilməlidir?


Bakıda tıxac problemi necə həll edilməlidir?

Bakıda tıxac problemi yeni tədris ili başlayan kimi özünü daha açıq büruzə verməyə başladı. Tıxacların səbəbləri çox müxtəlifdir.

 

Artan avtomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı, dar yollar nəticəsində yolların yükü də artır. Bu, tıxacların yaranmasına səbəb olur.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, tıxacdan çıxış yolu ictimai nəqliyyatın inkişafıdır.

 

"Hazırda Bakı şəhərinə 2600 avtobus lazımdır. Lakin xətdə 2200 avtobus var. Bu da çox böyük fərq deməkdir.

 

İctimai nəqliyyatın inkişafı dedikdə yalnız avtobus zolaqlarını nəzərdə tutmamalıyıq. Metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların tikintisi sürətləndirilməlidir. Daha sonra velosiped zolaqları, skuterlər üçün şərait yaradılmasıdır", - o bildirib.

 

Nəqliyyat məsələləri üzrə ekspert Nicat Əliyev bildirib ki, Bakıda tıxac problemini azaltmaq üçün müxtəlif tədbirlər görülür, məsələn, yeni yolların tikilməsi, park yerlərinin artırılması, ictimai nəqliyyatın inkişaf etdirilməsi və s.

 

"Lakin bu məsələ hələ də şəhərin inkişafında önəmli bir problem olaraq qalır. İctimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni marşrutların əlavə edilməsi, avtobusların və metro qatarlarının sayının artırılması ictimai nəqliyyatı daha cəlbedici və əlverişli edə bilər. Şəhərin mərkəzində park yerlərinin artırılması, avtomobillərin qeyri-qanuni park edilməsinin qarşısını almaq üçün daha sərt qaydalar və cəzalar tətbiq edilməsi, həmçinin, parketmə sisteminin yaxşılaşdırılması tıxacları azalda bilər.

 

Paytaxtda yeni yolların tikilməsi, mövcud yolların genişləndirilməsi, və ya daha effektiv yol işarələrinin və trafik idarəetmə sistemlərinin tətbiqi tıxacların qarşısını almağa kömək edə bilər.

 

Bəzi sürücülər avtomobillərini düzgün park etmirlər, bu da tıxaca səbəb olan səbəblərdəndir. Lakin son dövrlər paytaxtda təşkil edilən park yerləri üçün ödəmə sistemlərinin optimallaşdırılması sürücülərin parketmə davranışını dəyişdirə bilər.

 

Bu tədbirlərin tətbiqi bir neçə mərhələdə və koordinasiyalı şəkildə həyata keçirilməlidir ki, maksimal nəticə əldə edilsin", - o deyib.


OXŞAR XƏBƏRLƏR

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi

Putin Rusiya üçün yeni hərbi müttəfiq tapıb.   Sfera.az bildirir ki, Rusiya prezidenti Cənubi Osetiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ra...

Prezidentlə oğlu təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ...

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər 0% komissiyalı, biznes və əmək haqqı kartları isə ...

Məşhur aktyor bu serialdan milyonlar qazanacaq – MƏBLƏĞ

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni çəkiləcəyi serialdan qazanacağı məbləğ açıqlanıb.   Sfera.az xəbər verir ki, aktyor “Eşref Rüy...

Azərbaycanlı tələbə qəfil VƏFAT ETDİ - FOTO

Magistr təhsili alan və Krakov şəhərində yaşayan Xəzər Cabbarlı qəfil dünyasını dəyişib.   Sfera.az unikal-a istinadən xəbər verir ki, "Odl...

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq. &n...