Bakı həbsxanasında daha bir məhkum vəfat etdi

18:31 / 05.09.2024
9770
Bakı həbsxanasında məhkum vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb. Məhkum 62 yaşlı Əkrəm Bəhrəm oğlu Rəsulov dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 20-ci ölüm hadisəsidir.