Ülvi Quliyev seçicilərlə görüşdü - FOTOLAR

Ülvi Quliyev seçicilərlə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə ilk böyük görüşünü keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ülvi Quliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

O, görüşdə iştirak edən seçicilərə, ilk növbədə, şəhidlərin ailə üzvlərinə və qazilərə söylədikləri səmimi fikirlərə, verdikləri dəstəyə görə səmimi qəlbdən təşəkkürünü bildirib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin operativ qaydada həlli ilə müvafiq söhbətlər aparılıb.


OXŞAR XƏBƏRLƏR