Bu ərazilərdə qaz olmayacaq


Bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

 

Bu barədə Sfera.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

 

Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, "Cəlilabad" QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 09.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının  dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın  Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümüd qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...