Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

Azərbaycanda sabiq deputat vəfat etdi - FOTO

"Ərgünəs" nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib.

 

Sfera.az xəbər verir ki, o, 78 yaşında xəstəlikdən dünyasını dəyişib.

 

Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə "Sosialist Sumqayıtı" şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyevüç il sonra "Araz" qəzetində işə başlayıb və qısa müddət sonra redaktorun müavini olub.

 

1985-ci ildən Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararası birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışıb, 1997-ci ildə isə yeni nəşrə başlayan "Qayıdış" qəzetinin redaktoru, "Nigar-Ə", "Vüqar-Ə" nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub.

 

Oqtay Əliyev Füzuli Şəhər Sovetinin və Füzuli Rayon Sovetinin deputatı, Füzuli Rayon Partiya Komitəsinin üzvü seçilib.

 

O.Əliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.(İqtisadiyyat.az)

 


OXŞAR XƏBƏRLƏR

İsraildə son dörd gündə ölənlərin sayı açıqlandı

İsraildə iyunun 13-dən başlayaraq İranın raket zərbələri səbəbindən 24 nəfər həlak olub.     Sfera.az TASS-a istinadən xəbər verir ki, bu bar...

Gələn həftə 4 gün İŞ OLMAYACAQ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...

Məşhur müğənni göz yaşları içində səhnə ilə VİDALAŞDI

Erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulan Jessie J Wembley Stadionunda emosional konserti ilə pərəstişkarları ilə vidalaşıb.   Sfera.az xari...

Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu

Gəncə şəhərində yaşayan bir qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.   Sfera.az xəbər verir ki, naməlum nöm...

"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində "TikTok" sosial şəbə...

Yaponların uzunömürlük sirri açıqlandı: Bu qidalar kömək edir

Dünyanın ən uzunömürlü xalqlarından biri olan yaponlar sübut ediblər ki, sağlam və uzun ömür təkcə genetika ilə deyil, həm də həyat tərzi və qidalanma ilə sıx b...