Səfa Mirzəyevin yerinə üzv SEÇİLƏCƏK

Səfa Mirzəyevin yerinə üzv SEÇİLƏCƏK

Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı keçiriləcək.

 

Sfera.az xəbər verir ki, konfransda Məhkəmə-Hüquq Şurasına hüquq ictimaiyyətinin nümayəndəsi qismində yeni üzv seçiləcək.

 

Xatırladaq ki, bundan əvvəl Məhkəmə-Hüquq Şurasının hüquq ictimaiyyətinin nümayəndəsi qismində üzvü Səfa Mirzəyev olub. O, iyulun 22-də vəfat edib.

 

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının tərkibi 15 nəfərdən ibarətdir. Onlardan doqquz hakim (hər məhkəmə instansiyasından üç hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində bir üzvü Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.

 

Şuranın tərkibində digərlərini isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Milli Məclisi tərəfindən təyin edilən şəxs, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim təşkil edir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir. (İqtisadiyyat.az)


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...