Səbinə Əliyeva Kadir Özkaya ilə görüşdü


Səbinə Əliyeva Kadir Özkaya ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 

Bu barədə Sfera.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, görüş zamanı Müvəkkil qonaqları salamlayaraq, mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Beynəlxalq təşkilatlarla, eləcə də ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən danışan S.Əliyeva Türkiyənin Ombudsman təsisatı və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu ilə sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

 

Azərbaycanın Ombudsman təsisatı ilə Konstitusiya Məhkəməsi arasında insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində müsbət əməkdaşlıq əlaqələrindən bəhs edən Müvəkkil Konstitusiya Məhkəməsinə sorğuların göndərildiyini diqqətə çatdırıb.

 

Ombudsman "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

 

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi barədə hələ də məlumat əldə olunmadığını bildirib, işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda minaların basdırıldığını, həmin minaların insanların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini diqqətə çatdırıb.

 

Eyni zamanda, Ombudsman müharibə və postmüharibə dövrlərində həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışıb, həmin missiyaların nəticələri əsasında hazırlanmış xüsusi hesabat, bəyanat və müraciətlərin müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına ünvanlandığını qeyd edib.

 

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...