Küləklə bağlı sarı xəbərdarlıq verildi

18:49 / 24.07.2024
5937
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.