Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Bir neçə rayon və qəsəbənin müəyyən hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Sfera.az-a “Azəriqaz” İB-dən bildirilib.

 

“Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Həmçinin paytaxtın Yasamal və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində  qaz təchizatında  müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yaşayış binasında partlayış:ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...