Tarixi abidə 1.7 milyon manata satışa çıxarılıb? -RƏSMİ AÇIQLAMA


Tarixi abidə 1.7 milyon manata satışa çıxarılıb? -RƏSMİ AÇIQLAMA

Bakının Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" satışa çıxarılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında olub. Lakin Mədəniyyət Nazirliyinin binanın üzərinə vurduğu müvafiq lövhə çıxarılıb.

 

Murtuza Muxtarov, 141 ünvanında yerləşən "Axund hamamı" 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərib. Yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında XIX-XX əsrlərə aid olduğu qeyd edilən hamam "3706" inventar nömrəsi ilə qeydiyyata alınıb.

 

Məlumatlara görə, "Axund hamamı" xüsusi mülkiyyətdədir.

 

Sosial şəbəkələrdə iddia edilib ki, abidə 2019-cu ildən 1.7 milyon manata satışa çıxarılıb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" yerli əhəmiyyətli memarlıq abidəsidir:

 

"Tarixi tikili xüsusi mülkiyyətdədir. Abidənin məlumat lövhəsinin çıxarılması barədə məlumatımız var. Məsələ araşdırılır. Məlumat lövhəsi yenidən öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə bu cür yanaşma halları ilə tez-tez rastlaşırıq. Bir daha bütün vətəndaşları, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxsləri tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasını tələb edirik".


OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...