\"Kontakt\" Bakıxanovda ən böyük mağazasını Aygün Kazımova ilə açdı! - FOTO

\

Bakıxanov bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə Bakıxanovda ən böyük və yeni mağazasının qapılarını müştərilərə açdı. Alış-veriş sevərlərin həyəcanla gözlədiyi bu açılış mərasimi əyləncəli anlar və hədiyyəli sürprizlərlə yadda qalan oldu.

 

Günün əsas hadisələrindən biri də Xalq artisti Aygün Kazımovanın möhtəşəm çıxışı oldu. Sevilən mahnıları ilə tədbiri canlandıran Kazımova, möhtəşəm səhnə performansı ilə gecəyə xüsusi rəng qatdı.

 

 

RAHAT MAĞAZA, GENİŞ İSTİFADƏ İMKANLARI

 

Bakıxanovun mərkəzində, tam beş mərtəbədən ibarət olan bu yeni mağazada rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlar, mebel, ev tekstilinə aid 30000-dən çox məhsul çeşidi təqdim edilir. Ümumilikdə 3880 m2 sahədə xidmət göstərən mağazada sizə lazım olan hər şeyi asanlıqla tapa biləcəksiniz.

 

Bu böyük və rahat alış-veriş məkanında alış-veriş zamanı bir fincan isti qəhvə içərək dincəlmək istəyənlər üçün “Delonghi” brendinin “Kofe Zonası” yaradılıb. Üstəlik, müştərilər kassa əməliyyatlarını gözləyərkən limitsiz “WiFi” xidmətindən də istifadə edə bilərlər.

 

Bunlarla yanaşı, elektromobili olan dostlarınıza xəbər edin. “Kontakt”ın Bakıxanov mağazasının parkinq dayanacağında elektromobilləri bir ay ərzində pulsuz şarj etmək imkanı var. Şəbəkə bu addımı ilə həm müştərilər üçün rahatlıq yaradır, həm də ətraf mühitin qorunmasına töhfə verir.

 

AÇILIŞA ÖZƏL XÜSUSİ FÜRSƏTLƏR: 60%-DƏK ENDİRİM

 

Bakıxanovdakı yeni mağaza alış-verişin rahatlığını başqa bir səviyyəyə çıxarır. Yeni mağazanın açılışına xüsusi olaraq, “Kontakt” bütün məhsullarda nağd alışda 60%-ə qədər endirimlər təklif edir. Bu endirim kampaniyası iyunun 19-dək sevimli əşyalarınızı daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

 

Əlavə olaraq, faizsiz, komissiyasız və ilkin ödənişsiz hissəli alış imkanları ilə müştərilər smartfon, notbuk, smart saat, qulaqlıqları, televizor, məişət texnikaları, qab-qacaq və ev tekstilini 18 aya; mebelleri isə düz 24 aya bölərək rahat-rahat ödəyə bilərlər. Bu, həm büdcənizə uyğun alış-veriş, həm də arzuladıqlarınıza dərhal sahib olmaq deməkdir.

 

Üstəlik, burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.

 

Misal üçün:

 

256 Gb yaddaşlı Super Amoled ekranlı Samsung Galaxy A25 smartfonunu ayda 35 manata;

Baza və yataq mexanizmli Senta divanını ayda sadəcə 20 manata;

6,5 kq-lıq Samsung paltaryuyanını pulsuz çatdırılma və quraşdırılma daxil xüsusi təkliflə 39 manata;

205 lt həcmə malik Hoffmann soyuducusunu 540 yox, 380 manata;

109 sm diaqonallı, 4K görüntülü, smart texnologiyalı Hisense televizorunu 900 yox, 500 manata əldə edə bilərsiniz.

 

Hələ çox danışılacaq açılış tədbiri bitsə də, “Kontakt” mağazasının Bakıxanov stansiyası mağazası müştərilərinə yüksək səviyyədə xidmət davam edəcək. Bu gümlərdə mağazaya baş çəkərək açılışa özəl məhdud endirimlərdən yararlanmağı unutmayın!


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...