Qorbaçov ABŞ-da, qədim türk şəhəri Spitak 30 saniyədə yer üzündən silinir - Rusiya atom sınağı keçirmişdi? - VİDEO

Qorbaçov ABŞ-da, qədim türk şəhəri Spitak 30 saniyədə yer üzündən silinir - Rusiya atom sınağı keçirmişdi? - VİDEO

Spitak: – yəni qədim Azərbaycan ərazisi olan Hamamlı.

1988-ci ilin noyabrın 1-də Spitak da daxil olmaqla Ermənistanın rayonlarında azərbaycanlılar kütləvi qırğına məruz qaldılar. Erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq evlərini tərk etməyə məcbur edildi. Və 25 il əvvəl...1988-ci il dekabrın 7-də yerli vaxtla səhər saat 11:41-də Leninakanda yəni Gümrüdə 7,2 bal gücündə zəlzələ baş verdi.

Bu zəlzələ Allahınmı ermənilərə cəzası idi yoxsa Sovet İmperiyasınınmı sınaqdan keçirdiyi nüvə silahının təsiri idi?

Şübhəli məqamlar var. Deyir Şir ov ovlayanda atdığı bir iki pəncə də yanında dolaşan çaqqala dəyərmiş. Hər şeyin bir bədəli var. For-post olmaq, araba kölgəsində yatmaq və ərazisində Rusiyanın hərbi bazasına malik olmağın mütləq bir qarşılığı olmalıydı. 1988-ci ilin yayında Ermənistana Rusiyadan birdən - birə müdafiə naziri Dmitri Yazov da başda olmaqla yüksək çinli məmurlar axın edir. Sevan (Göyçə) yolunda, üzərində “Bomba” yazılmış maşın karvanı peyda olur. Avqust ayında Spitaka və Kirovakana çox sayda raket qurğuları gətirilir.  Burdakı hərbi hissənin rəhbərliyi ailələri ilə birlikdə Ermənistanı naməlum səbəbdən tərk edir. Sentyabr ayında imperiyanın  nüvə silahlarının sınaqdan keçirilməsi üzrə sədri Boris Şerbin Ermənistana gəlir.

Oktyabr ayında yenidən Dmitri Yazov Gümrüdə peyda olur. Artıq noyabr ayında İrəvanda, Ermənistanı qorxulu sınaq gözləməsi barədə xəbərlər dolaşır. Ən əsası, bu müddətdə baş katib Mixail Qorbaçov ölkədə olmur, o bacardığı qədər uzağa, Amerika Birləşmiş Ştatlarına səfərə gedir. Bütün bunlar Rusiyanın öz for-postunda nüvə silahı sınaqdan keçirməsinə dair şübhələri daha da artırır. Bu kadrlar zəlzələdən bir neçə saat əvvəl çəkilib. Şəhərə ağır duman gəlib. Yerli əhali dəhşətli temperatur fərqi hiss edir. Temperatur birdən birə, hələ tarixdə görünməmiş formada, 1 dəqiqənin içində 0 dərəcədən 15 dərəcəyədək yüksəlir. Və saat 11.41.  Dəhşətli uğultu və gurultu. Yer yerindən oynayır. 30 saniyə içində Spitak, Vezuvinin məhv etdiyi Pompey şəhəri kimi məhv olur. Gümrü, Vanadzor və Stepanavan darmadağındır. 21 şəhər, 58-i tamamilə dağılmaqla 350 kənd ziyan çəkir. 25 min nəfər dünyasını dəyişir. 140 min əlil olur, 514 min adam evsiz qalır. İstənilən halda, lap nüvə silahının sınaqdan keçirilməsi faktı olmasa belə, ermənistan aktiv zəlzələ zonasıdır və bu zəlzələ zonasında indi köhnə Atom elektrik stansiyası yerləşir. Növbəti Spitak zəlzələsi baş verərsə Çernobıl faciəsinin regionda təkrarlanmayacağından sığortalanmayıb Metsamor. Ermənistan yenidən qafqazın başını bəlaya soxa bilər. Hər zaman regiona təhlükə kəsb etdiyi kimi, bununla da zərər vurmuş olar.  Hələ də minlərlə ailə zəlzələ zonasında müvəqqəti evlərdə - baraklarda yaşayır. 25 ildir ki,  Ermənistan hökumətinin sovetlər dağılandan bu yana maddi imkanı çatmır ki onlara bir iki ev və ya şəhərcik tikib versin.  Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxır. Adi zəlzələdə bu enerjinin çıxması qeyri – mümkündür. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilir. Zəlzələnin nəticəsi Azərbaycanın Qərb bölgəsində xüsusilə hiss olunur. Gəncə sakinlərinin  bu zəlzələ zamanı raket zərbəsinə bənzətdikləri gurultu eşitdiklərini deyir.  

Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olur. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına ilk olaraq 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə göndərilir. Hərbi hissənin komandiri Vaqif Əhmədov. Spitak zəlzələsinin canlı şahidi. Ermənilərin əlindən özünün və özü kimi neçə-neçə Azərbaycanlının canını qurtarmış insan. O vaxt Vaqif Əhmədov Sumqayıt Kompressorlar zavodunda Mexaniki Təmir sexinin rəisi vəzifəsində işləyirdi. Deyir ki, ayın 8-i onu təcili hərbi komissarlığa çağırdılar. Ailələrinə belə məlumat verməyə imkan vermədən onları təyyarə ilə birbaş Gümrüyə aparırlar. Hətta Vaqif Əhmədovun ölümü ilə bağlı ailəsinə ölüm kağızı da göndərilir. Yəni ölüm hökmləri bəribaşdan verilir...

Böyük aqqressiya ilə rastlaşan Vaqif Əhmədov o vaxt orda hələ də qalmaqda olan Azərbaycan kəndlərindən ərzaq və isti paltar, odeyal gətirir. O kəndlər ki, on-on beş gün sonra ermənilər tərəfindən soyqırıma məruz qalacaq, evlərindən didərgin salınacaqlardı.

Beləliklə dekabrın 11-də yardıma gedən “İl 76” təyyarəsi Vaqif  Əhmədovun heyəti qədər şanslı ola bilmir. Onu Gümrü aeroportunda qəbul etmirlər. Təyyarə göydə hansı hikmətdənsə partlayır, yəni vurulur. Qəzaya uğramış və ya daha dəqiq desək vurulmuş təyyarənin hələ indiyədək  heç bir yerdə yayımlanmayan görüntülərini təqdim edirik...

69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. Yaxınlıqda olan Vaqif Əhmədov köməyə tələsir. Təyyarədə uçanların kim olduğunu, onların haradan gəldiyini hələ dəqiq bilmədən təyyarənin quyruq hissəsi ilə birlikdə güclü partlayış dalğasının təsiri ilə böyük bir daşın yanına düşmüş adama köməyə gəlir. Ağır yaralanan cavan oğlan ağrının təsirindən “Öldüm ay ana!” deyə qışqıranda Vaqif Əhmədov başa düşür ki, təyyarədəki adamlar onun həmyerliləridir. O Fəxrəddinin xilaskarına çevrilir. Lakin Ermənistanı tərk edənə qədər onu da Fəxrəddini də hər an öldürməyə çalışırlar.  Onların ardınca xəstəxanaya gələn daşnakların Fəxrəddini tapmaması üçün Vaqif Əhmədov Rus həkimlərinin köməyilə onu gizlincə qadın palatasına köçürtməyə müvəffəq olur. Ermənilərin ağlına Fəxrəddini burda axtarmaq gəlmir. Və xilaskarının sayəsində Fəxrəddin Balayev iki il bundan əvvəl öz əcəli ilə dünyasını dəyişənədək yaşayır.

Sabahsı gün Vaqif Əhmədovu bir nəfər üzüsaqqalı erməni harasa çağırır. Ona etibar edən Vaqif Əhmədov təkbaşına yollanaraq bir erməni qadın və iki uşağı xilas edir. Təşəkkür olaraq isə o,  çox ağır bir əşya ilə başının arxasından zərbə alır. Bu zərbə ömürlük olaraq onun görməsinə təsir edir. Indi də o anlari həyəcansız xatirlaya bilmir Vaqif Əhmədov... 

Vaqif Əhmədova vurulmasi ile bağlı ağzını açmamasını əmr ediblər.

20 günlük işgəncə, əzab və ölümlə çarpışmadan sonra sağ qalmağa müvəffəq olmuş Vaqif Əhmədov və onunla birgə uçan 11923-cü hərbi hissənin tərkibindəki Azərbaycanlılar yaralı vəziyyətdə qatarla gətirilərək  Gürcüstan çölünə atılır. Burdan da hara gedirsiz gedin deyə. Bu da hər zamankı erməni xisləti. Mənfur erməni təfəkkürü. Xilaskarına davranışı..