Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Mütaliənin insanın formalaşmasında, beyinin, yaddaşın inkişafında əvəzsiz rolu haqqında ətraflı dəlillər, məntiqli fikirlər var. Amma mütaliə mədəniyyətinə, ənənələrinə, vərdişlərinə zərbə vuran xeyli faktorlar da var.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Bəziləri deyirlər ki, Azərbaycan dilində oxumalı kitablar azdır və yaxud yeni ədəbiyyat nümunələri yetərli deyil. Bu fikirlərlə razılaşmaq olmaz. Çünki istər Azərbaycan dilində, istərsə də digər dillərdə ən azından elektron kitabxanalar vasitəsilə oxumalı kitablar tapmaq mümkündür. Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə, mütaliəni birdəfəlik leksionlarından çıxarıblar. Bəzi insanlar isə, xüsusilə gənclər min bir zəhmət hesabına təhsil alırlar, gecə-gündüz çalışırlar, nəticəsi olmur. İnsan öz zəhmətinin, intellektinin bəhrəsini görməlidir. Əgər görə bilmirsə, bu, ciddi fəsadlar yaradır. O zaman həmin insanın kitaba, dəftərə, mütaliəyə hansı müsbət münasibəti olacaq? Mən diqqət yetirirəm, çox dar çərçivələrdə poeziyaya, kitab oxumağa, mütaliəyə meyl var”.

 

Əkrəm Baydəmirli qeyd edib ki, ictimai elmlər inkişaf etməlidir. Bu ciddi məsələlər beyin mərkəzlərində təhlil olunmalıdır.

 

“Hər hansı pullu bir dələduz yox, elmli, təhsilli insanlar cəmiyyətdə ən hörmətli şəxs kimi qəbul olunmalıdır. Ona görə qəbul olunmalıdır ki, mütaliə bir həyat tərzinə çevrilsin. Yalnız müasir elmləri yüksək səviyyədə mənimsəyən insanlar cəmiyyətə bütün sferalarda fayda verə bilər. Ən vacibi isə mütaliə prosesini inkişaf etdirmək üçün məntiqli mexanizmlər üzərində düşünmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçi...

Qadın Avstriyanın ən gözəl göllərindən birinə sahib olduğunu öyrənib - FOTOLAR

Sahəsi 14 kvadrat kilometr olan Mondsee (Mondsi) gölü Avstriyada beşinci ən böyük göldür. O, mənzərəli Salzkammergut bölgəsində yerləşir. Hər il milyonlarla tur...