Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI

2024-cü ilin aprelində tərəvəzlər istisna olmaqla bütün ərzaq məhsulları qruplarında ucuzlaşma qeydə alınıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çörək və çörək məhsulları 0,2 faiz, balıq və balıq məhsulları 2,1 faiz, süd və süd məhsulları 0,1 faiz, tərəvəzlər 1,4 faiz ucuzlaşıb.
Apreldə yalnız meyvələrin ümumi qiymət səviyyəsi artıb. Meyvələrdə ümumi bahalaşma 2,2 faiz yüksəlib.
Ümumilikdə, qida məhsullarından əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində artım müşahidə olunub.
Qida məhsullarından daha çox ucuzlaşma isə manna və qarabaşaq yarmalarında, makaronda, təzə balıqda, süddə, yumurtada, marqarində, günəbaxanda və qarğıdalı yağlarında, qozda, fındıqda, pomidorda, xiyarda, göyərtidə, badımcanda, kartofda qeydə alınıb.
Vasif