Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova özünün “Facebook” hesabında məlumat verib.

 

O, yenidən “Space TV”yə qayıtdığını bildirib:

 

“Artıq mən “Space” televiziyasının rəsmi əməkdaşı hesab olunuram. Kanalla əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harada olacağı bəlli deyil. Mən “Space TV”yə qayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu. Gözəl başlanğıclar arzusu ilə...”

 

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. Zamirə Dadaşova “Space TV”nin rəhbəri Vado Korovini məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı. 

 

“Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm”, - deyə Zamirə qeyd etmişdi.

 


OXŞAR XƏBƏRLƏR

Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Azərbaycanın ABŞ-dakı səfirliyi mayın 8-də Texas ştatının Hyuston şəhəri və ətraf ərazilərində konsulluq xidməti təşkil edəcək.   Sfera.az xəbər veri...

6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb.   Bu barədə “Təsir dairəsi” verilişində məlumat verilib.   N...

Bayden: 2023-cü il jurnalistlər üçün ölümcül olub

Azad mətbuat demokratiyanın mühüm sütunudur və onu qoruyan bütün dünyada kişilər və qadınlar mühüm işlər görürlər. Sfera.az xəbər verir ki bunu Ümumdünya...

MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin...

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhs...

“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq

“Real Madrid” klubunun təcrübəli müdafiəçisi yeni mövsümdən etibarən Messinin komanda yoldaşı olacaq.   Məlumata görə, “Kral”...