Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan avtomat darağı, 1 ədəd həmin avtomata aid olan süngü-bıçaq, 250 ədəd "Toz-8" tüfənginə aid sursat və digər sursat -gilizlərinin gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb.

 

Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.

 

Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...