"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmaların ilk ilində insanların həyat səviyyəsi 73 faiz aşağı düşür. Bu insanların əksəriyyəti təşviş və depresiyyadan əziyyət çəkir".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri psixoloq Ləman Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi hallarda boşanma qaçınılmazdır.

 

“Boşanma zamanı psixoloji baxımdan az təsirlənməyə çalışmalıyıq. Bu ərəfədə biz yaxın çevrəmizə və övladlarımıza rol model oluruq. Boşanan insanlar müəyyən təzyiqlərə məruz qalırlar. Ən böyük problemlərdən biri isə insanların sivil qaydada boşana bilməməsidir. Tərəflərdən biri boşanmamaq üçün digərinə zorakılıq göstərir. Bu haldan da ən çox təsirlənən uşaqlar olur. Bundan əlavə, boşanma zamanı bir sıra hüquqi çətinliklər də yaranır. Aliment və uşağın kimdə qalması ilə əlaqədar bir sıra çətinliklər yaşanır. İqtisadi çətinliklər də hamıya bəllidir”.

 

Psixoloq qeyd edib ki, boşanmağı qərara alan şəxs artıq beynində həmin münasibəti bitirib.

 

“Övladları olan ailələr bu qərarı alan zaman xüsusilə diqqətli olmalıdırlar. Bu zaman valideynlər uşaqların maraqlarını da nəzərdə saxlamalıdırlar. Onların yanında müzakirə edilən məsələlərə xüsusi fikir vermək lazımdır. Hər bir mübahisə predmeti uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu ərəfəni daha rahatlıqla başa vurmaq üçün psixoloji dəstək almaq tövsiyə olunur. Bu, həm tərəflərin, həm də övladlarının psixoloji sağlamlığı baxımından önəmli məsələdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb. &nb...