DİN vətəndaşlara MÜRACİƏT ETDİ: \"İşıqforlar işləməsə...\" 

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: \

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

 

Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan işıqforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Qeyd olunub ki, yollara müşahidə kameraları vasitəsilə nəzərət edilir.

 

“İşıqforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir. Lakin bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər”, - məlumatda bildirilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR