“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir. Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub.


Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.


“Prezident İlham Əliyevin su təminatı məsələlərinin vaxtında həll edilməsi yolunda atdığı addımlar, bu problemin aradan qaldırılması üçün 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən özünün iştirak etməsi, onun bu məsələyə necə ciddi nəzarət etməsindən xəbər verir. 
Cənab Prezidentin təməlqoyma mərasimində qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Yuxarı Şirvan kanalının inşasından illər keçib. Uzun illərdir, fəaliyyət göstərən kanalın böyük hissəsi sıradan çıxıb.
Prezident İlham Əliyevin göstərişi ilə kanal yenidən inşa ediləcək. Belə olan halda əkin sahələri də genişləndiriləcək və insanlar daha çox faydalanacaq. Əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək”.


Deputatın sözlərinə görə, on illər ərzində infrastruktur layihələrin icrası bir daha onu deməyə əsas verir ki, ölkəmiz sürətlə inkişaf edir, insanların rifah halı yaxşılaşdırılır:


“Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları və bu kimi layihələr öz bəhrəsini verməyə başlayır.Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində toxunduğu məsələlərdən biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi oldu. Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycanda bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki buna çox böyük ehtiyac var. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işlər davam etdirilir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək”.


Ülkər Abdurahmanlı


 


OXŞAR XƏBƏRLƏR

Buraxılış imtahanlarının nəticələri Polis Akademiyasına qəbula necə təsir edəcək? - AÇIQLAMA

Ölkəmizdə abituriyentlər arasında Polis Akademiyasına maraq olduqca böyükdür. Bildiyimiz kimi, keçirilən buraxılış imtahanlarında 53 nəfər şagird 300 bal toplay...

İlham Əliyev Rusiyanın Baş ravvinini QƏBUL ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.   Sfera.az xəbər verir ki, görüşdə VI Ümu...

İlham Əliyev KAICIID-in Baş katibini QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib. ...

Allahşükür Paşazadə: "Azərbaycanın qlobal təşəbbüsləri regionun maraqlarına xidmət edir"

Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları regionun və bütün bəşəriyyətin maraqlarına xidmət edir.   Sfera.az xəbər verir ki, ...

Prezident: "Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir"

Azərbaycan Prezidenti İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparıla...

Macarıstan Ermənistana ayrılan yardımı buna görə BLOKLADI - Politoloq AÇIQLADI

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon məbləğində dəstək verilməsinin qarşısını kəsib.   Sfera.az xəbər verir ki, bunu polit...