İnternet televiziyaların yaradılması hansı riskləri yaradır? - AÇIQLAMA 

İnternet televiziyaların yaradılması hansı riskləri yaradır? - AÇIQLAMA 

"Ölkəmizdə DOST TV – internet televiziyası fəaliyyətə başlayıb. Bu informasiya resursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Ötən ay isə ASAN TV fəaliyyətə başlayıb. Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur. Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı isə daha öncədən fəaliyyətə başlayıb".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

 

“Düşünürəm ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirə layiqdir və xeyli faydalıdır. Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.) onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar”.

 

Osman Gündüz qeyd edib ki, Azərbaycanın media bazarının da yetərincə kiçik olması, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlığı üçün də risklər yaradır.

 

“Amma burada bir sıra düşündürücü məqamlar var. Dövlət resursları hesabına formalaşan bu tip informasiya resurslarının sayının artması bir sıra risklər yaradır. Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlərdir. Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar. Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə risklər də yaradır. Xüsusən də, burada rəqabətli mühitlə bağlı dövlət qurumunun özünün təbliğə üstünlük verməsi, özünün reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR