“Böhtan atmaqla, dedi-qodu yaymaqla…” – Turan İbrahimovdan SƏRT SÖZLƏR 

“Böhtan atmaqla, dedi-qodu yaymaqla…” – Turan İbrahimovdan SƏRT SÖZLƏR 

Azərbaycan telekanallarının mart ayı üçün açıqlanan “Youtube” reytinq cədvəli səs-küyə səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan tanınmış teleaparıcı Turan İbrahimov deyib ki, sözügedən siyahıya inanmayanlar, qəbullana bilməyənlər qeyri-peşəkar davranırlar:

 

““Youtube” nəticələrini hamı hesablaya bilər. İstənilən kanalın əsas səhifəsini açın, xəbər lenti, videolar bölməsinə girin və günlər üzrə neçə post paylaşıldığını sayın. Sonra həmin videoların altındakı baxış sayını toplayın, alınan rəqəm nədirsə, nəticə də odur. Əgər söhbət günlük reytinqdən gedirsə....Eyni şeyi aylıq hesablamada da etmək olar. Kor- kor, gör- gör”.

 

Jurnalist qeyd edib ki, adətən müəyyən videoların baxışı aylarla davam edə bilər:

 

“Ona görə də 3 ay əvvəlki bir dövrü indi hesablasanız, fərqli rəqəm ortaya çıxa bilər. O da beş aşağı, beş yuxarı bir fərq olacaq. Ümumiyyətlə, peşəkar insanlar obyektiv olmalıdırlar. Başqalarının uğurunu və öz uğursuzluqlarını soyuq başla təhlil edib problemi aradan qaldırmalıdırlar. Problemi aradan qaldıra bilmirlərsə, deməli aradan qaldıracaq mütəxəsisləri cəlb etməlidirlər. Günahı başqalarında yox, özlərində görməlidirlər. Böhtan atmaqla, dedi-qodu yaymaqla, guya rişxənd etməklə reallığı dəyişmək mümkün deyil”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...