Xankəndidə xeyli silah-sursat aşkarlandı

Cəmiyyət
11:40 / 06.03.2024
3262
Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.