DİN: Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir
![DİN: Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir](https://sfera.az/photo/orginal/2024/03/02/1709395219_din.jpg)
Cəmiyyət
19:56 / 02.03.2024
17206
Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.
DİN-in Mətbuat xidmətindən verilən Sfera.az-a məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.
"Antinarkotik təbliğata dəstək göstərən hər kəsə öncədən təşəkkürümüzü bildiririk", - nazirlikdən bildirilib.