\"Nə qadın bu cür vəhşiliklə davranmalıdır, nə də kişi...\" - Deputatdan həmin videoya SƏRT REAKSİYA

\

“Naxçıvandan zorakılıq səhnəsini əks etdirən bir video paylaşıblar. Maraqlı ad tapıblar: “Naxçıvanda qadın küçənin ortasında kişini döydü”. O yerdə ki, zorakılıq, şiddət var, belə bir başlıq qadın vəhşiliyinə qarşı insanlarda ciddi bir hiddət yarada bilir”.

 

Sfera.az bildirir ki, bunu deputat Fazil Mustafa Naxçıvanda qadın və kişi arasında şəxsi münaqişə zəmnində yaranan mübahisəyə reaksiya verərkən deyib.

 

“Motivi nə olmasına baxmadan, küçənin ortasında qadın tərəfindən bir kişiyə qarşı aşkar zorakılığın şahidi oluruq. Hətta polis də adamı qadının əlindən almaqda çətinlik çəkir. Məncə bu cür səhnələr üçün daha fərqli başlıq seçmək olar: "Naxçıvanda bir dişi bir erkəyi yol qırağında parçalamaq istədi.” Yəni, məsələnin hüquqi və estetik baxımdan bir qadın və ya kişi obrazı ilə əlaqəsi yoxdur. Dişi və erkək ifadələri heyvani təbiəti daha çox göz önünə gətirir”.

 

Millət vəkili bildirib ki, nə qadın bu cür vəhşiliklə davranmalıdır, nə də kişi bu cür ləyaqətsiz duruma düşməlidir:

 

“İşin doğrusunu Allah və mahiyyətini isə polis bilər”.

 

Qeyd edək ki, Naxçıvanda qadın ona söz atan kişini döyüb. Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...