İnternet üzərindən edilən testlər nə dərəcədə doğrudur? - \"Özlərini tanımağa çalışırlar\" + AÇIQLAMA

İnternet üzərindən edilən testlər nə dərəcədə doğrudur? - \

İnsanların əksəriyyəti onlayn psixoloji testlərlə öz xarakterlərini analiz etməyə çalışırlar.

 

Bəs psixoloji testlər nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, bir çox insan özlərinin xarakterik xüsusiyyətləri barədə kənardan məlumat almaq istəyir.

 

“Kənardan olan şahid effekti ilə özlərinə qiymət verməyə üstünlük verirlər. Hər bir insana özünün psixoportreti daima maraqlı olub. Ona görə də, internet üzərindən təqdim edilən testlər simulyativ xarakter daşısa da, insanlar bu üsulla özlərini tanımağa çalışırlar. Bu testlerin effektiv nəticələri olmasa da, insanların inancları ilə düz mütənasib olurlar”.

 

Psixoloq qeyd edib ki, həmin testləri edən insanlar aldıqları cavablara inanır və bununla kifayətlənirlər.

 

“Cavablar müsbət olduğu təqdirdə bu insanlara çox xoş təsir bağışlayır. Nəticələr neqativ olduqda isə insanlar bununla razılaşmırlar. Bu testləri edən zaman nəticələri yalnız özləri görürlər deyə obyektiv cavablar verirlər. Lakin bu testlərin nəticələri 100 faiz doğru olmur. Ona görə bu testlərin nəticələrinə görə, planlar qurmaq və yaşamaq düzgün deyil”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...