Tez-tez təkrarlanan bu prosedurların riskləri: \"Dəri xərçəngi yaradır...\" - AÇIQLAMA

Tez-tez təkrarlanan bu prosedurların riskləri: \

Dəblə ayaqlaşan zaman, onun fəsadlarına da hazır olmaq lazımdır. Qadınların əksəriyyəti gözəllik naminə hər ay, hətta bəzən, hər həftə dırnaqlarını manikür etdirir və qaynaq qoydururlar. Lakin hər bir qadının gözəllik proseduru olaraq etdirdiyi gellaklar insan orqanizminə çox zərərlidir.

 

Bəs gellakların və dırnaq manikürü prosedurunun zərərləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Aygün Mustafayeva bildirib ki, gellak və manikür proseduru zamanı istifadə olunan ultrabənövşəyi şüalar insan orqanizmi üçün çox ziyanlıdır.

 

“Manikür prosedurlarının tez-tez təkrarlanması dəri xərçəngi riskini artırır. Dırnaq ustalarının istifadə etdiyi lampalar radiasiya şüaları yayır ki, bu da, dəri hüceyrələrinin məhv olmasına səbəb olur”.

 

Dermatoloq bildirib ki, müntəzəm olaraq gellak və manikür prosedurlarından istifadə etmək tövsiyə olunmur.

 

“Həmçinin, davamlı olaraq dırnaqlara qaynaq etdirmək dırnaqların zəifləməsinə və gec uzanmasına səbəb olur. Hətta bəzi dırnaq ustalarının qeyri-peşəkar işi müəyyən infeksiyaların yaranmasına gətirib çıxarda bilər. Dırnaq ustaları istifadə etdikləri ləvazimatları təmizləmədikdə, dırnaqlara infeksiya sala və zədələyə bilərlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...