Qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNDİ

Yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək.
Bəzi yolların buz bağlayacağı ehtimalı var
***
12:40
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.
Xidmətdən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.
Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.