Cavid Qurbanov məktəbi: “Azəravtoyol” sədri Zərdabın pulunu necə yedi? - Fotolar
15:25 / 15.11.2016
861
"Azəravtoyol” ASC sədri Saleh Məmmədov sələfinin yolunu gedir. Qurum rəhbəri Cavid Qurbanovdan heç də geri qalmır ki, irəli gedir
Sfera.az Politika.Az-a verilən məlumatdan görünür ki, ASC sədri korrupsiya əməliyyatlarında mahir imiş. Onun Zərdab - Çöl - Ərəb magistral yolunun çəkilişində maliyyə xəyanətinə yol verməsi C.Qurbanov məktəbi keçdiyini nümayiş etdirir.
Bu yolun yenidən qurulmasına milyonlar ayrılıb. 2013-cü ildə təmirə başlanıb və 2014-cü ildə istifadəyə verilib. Cəmi 2 il keçməsinə rəğmən, yol biabırçı vəziyyətə düşüb. Bu faktı əks etdirən fotolar redaksiyamızın elektron poçtuna göndərilib.
S.Məmmədov sanki bu yolun üstündə Suriya müharibəsini təşkil edib. Elə çıxır ki, 2 ildə bu yoldan tanklar, təyyarələr, ağır texnika və BMP-lər keçib. Əgər Zərdab - Çöl - Ərəb magistral yolunda müharibə olmayıbsa, o halda S.Məmmədov maliyyə üstündə savaş aparıb.
Çünki milyonların xərcləndiyi yolun 2 ilə darmadağın olması mümkün deyil. Hətta Afrikada yol çəkiləndə 2 ildən sonra sıradan çıxmır. "Azəravtoyol” ASC sədri isə o dərəcədə peşəkar yol çəkən və rəhbərdir ki, bu yolun axırına çıxmağı bacarıb.
Politika.Az-a verilən məlumata görə, S.Məmmədov bu yolun təmirindən xeyir görüb. O, bu vəsaitlə ailə biznesini çiçəkləndirib, övladları avtomobilinin markasını dəyişib, yeni obyektlər çmağa nail olub.
ASC sədri bu faktların yalan olduğunu iddia edirsə, o halda vəsait hara xərclənib? Bu pullar göyə sovrulub, kosmosdan gələn yadplanetlilər qarət edib, yaxud kriminal avtoritetlər əlindən alıb?
Yerli sakinlər xahiş edirlər ki, qurum rəhbəri izahat versin və yolun 2 ildən sonra qazıq-qazıq olmasının səbəblərini açıqlasın. Sakinlər inanmır ki, S.Məmmədov həmin pulları yadplanetlilərə peşkəş etsin. Bəs vəsaitlər hara gedib?
Verilən bilgilərə görə, bu pullar ASC rəhbərliyi tərəfindən mənimsənilib. Onu da deyək ki, əvvəllər Cavid Qurbanovun, indi Saleh Məmmədovun rəhbərliyi altında "Azəravtoyol” ASC sürücülərin də dərisini soyur.
İri çəkili yük maşınlarının sürücüləri yollarda saxlanaraq icazə sənədi tələbi ilə üzləşir. Onlara verilən icazə sənədi isə soyğunçuluq və rüşvətlə müşayiət olunur.



