Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

“Dekabrın 31-i və bayram günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sakit, əsasən, yağmursuz keçəcəyi gözlənilir”.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında da yağmursuz hava müşahidə olunacaq: “Abşeron ərazisində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 2-7 dərəcə isti, gündüz saatlarında isə 10-15 dərəcə isti olacaq. Bölgələrdə əsasən hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək”.

 

Xidmət rəisi əlavə edib ki, bu il də bayram günlərində qarşı hava müşahidə olunmayacaq: “Havanın temperaturu gecə Aran rayonlarında 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlıq rayonlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Gündüz saatlarında 7-12 dərəcə isti olacaq.

 

Qarabağ və Şərqi Zəngəzur bölgəsində də sabit hava şəraiti müşahidə olunacaq. Bu il də yeni ildə də qarşı hava şəraiti müşahidə edə bilməyəcəyik”.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...

Tramp üçün son şansdır: “Yenidən bu yarışa qatılmayacam”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə bir daha namizəd olmayacağını bəyan edib.   Sfe...