“Tələbat əsasən ikiotaqlı evlərədir” – Ekspert kirayə mənzil bazarındakı durumu dəyərləndirdi

“Tələbat əsasən ikiotaqlı evlərədir” – Ekspert kirayə mənzil bazarındakı durumu dəyərləndirdi

Kirayə mənzillərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb.

 

Bəs, kirayə mənzillərin qiymət artımı nə ilə bağlıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, təkliflər getdikcə azalır, tələbat isə artır:

 

“Mənzillərin qiyməti yerləşdiyi ərazidən və otaq sayından asılı olaraq dəyişir. Universitetlərin yerləşdiyi ərazilərdə tələbə axınına görə mənzillərin qiyməti olduqca yüksəkdir. Ən ucuz birotaqlı evlər isə Bakıətrafı qəsəblərdə yerləşir. Tələbat, əsasən, ikiotaqlı evlərədir”.

 

Ekspert bildirib ki, köhnə yaşayış binalarının sökülməsi də qiymət artımına təsir edən faktorlardandır:

 

“Demək olar ki, ölkəmizdəki kirayə mənzil qiymətləri xarici ölkələrdəki qiymətlərdən fərqlənmir. Hətta Gürcüstanda kirayə mənzillərin qiyməti büdcəyə daha uyğundur. Xaricdən gələn insan axını və onların ölkəmizdə məskunlaşması qiymətlərə təsirsiz ötüşməyib”.

 

E. Fərzəliyevin sözlərinə görə, ölkədə iqtisadiyyat azad bazar prinsipləri əsasında formalaşıb. Bu hal qiymətlərdə rəqabət mühitini yaradıb:

 

“Hazırkı situasiyada müştərilərin bazara təzyiq göstərməsi də mümkünsüzdür. Əmək bazarındakı qeyri-stabillik həm müştərilərin, həm də satış bazasındakı potensial investorların risklərini artırır. Bununla bağlı yeganə həll yolu sağlam bazar mühiti formalaşdırmaqdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...