“Kontakt”ın Qarabağa ilk çatdırılması Laçına oldu - FOTO

“Kontakt”ın Qarabağa ilk çatdırılması Laçına oldu - FOTO

“Kontakt” mağazalar şəbəkəsi Qarabağa ilk çatdırılmasını uğurla yerinə yetirib. Belə ki, ilk sifarişin çatdırılması işğaldan azad edilmiş Laçın rayonuna olub. Bölgə sakini kontakt.az saytından sifariş etdiyi Samsung televizorunu tam təhlükəsiz şəkildə düz ünvanında təhvil ala bilib.

 

 

Xatırladaq ki, artıq Qarabağa qayıdan yerli əhali, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları 30 000-dən çox məhsul çeşidini: elektronikadan məişət texnikasına, mebel və tekstildən qab-qacağa, kosmetika və şəxsi baxım məhsullarından uşaq, musiqi alətlərindən təmir-tikinti alətlərinə qədər hər şeyi kontakt.az saytına daxil olmaqla və ya *6060 Çağrı Mərkəzinə zəng etməklə birbaşa ünvanlarına sifariş verə bilərlər. Özü də həm çox sərfəli nağd, həm də hissəli alış şərtləri ilə.

 

Hal-hazırda çatdırılma xidməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrini əhatə edir. Şəbəkə tezliklə bu siyahını böyüyəcəyinə və sevindirən çatdırılma xidmətinin bütün Qarabağı əhatə edəcəyinə söz verir.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...