Bakıda qarğalar niyə çoxalıb? - Alim səbəblərini AÇIQLADI

Bakıda qarğalar niyə çoxalıb? - Alim səbəblərini AÇIQLADI

Son zamanlar paytaxt səmasında, eləcə də küçələrdə və parklarda qarğalara daha çox rast gəlinir. Qarğaların bu qədər çoxalması isə park və xiyabanlarda digər quşların və göyərçinlərin uçub getməsinə səbəb olur. Hətta bəzi hallarda qarğaların park və digər məkanlarda uşaqların əlindən qida vasitələrini qoparmağa cəhd göstərdikləri də müşahidə olunur. Maraqlıdır ki, qarğaların sayının artmasının səbəbi nədir?

 

Sfera.az bildirir ki, Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov İqtisadiyyat.az-a açıqlamasında qarğaların sürətli şəkildə çoxalmasının səbəblərini açıqlayıb.

 

Onun sözlərinə görə, qarğaların sayının artmasının başlıca səbəbi məhdudlaşdıracaq limit amillərinin olmamasıdır: "Yəni qarğanın əti və yumurtası yeyilmir, hər yerdə yuvalaya bilir. O cümlədən hər şey yeyə bilir. Şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa hətta sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər. Bir sözlə, şəhər mühitində yaşamaq qarğalar üçün çətinlik yaratmır".

 

T.Kərimov paytaxtda yayılan qarğaların əsasən ala, yaxud boz qarğa növünə aid olduğunu söyləyib. Onun sözlərinə görə, qarğa yeganə quşdur ki, güzgüdə özünü və eləcə də digər adamları da tanıya bilir. Ona görə də qarğalar ən çox Dənizkənarı Milli Parkda  çayxanaların, kafelərin ətrafında toplaşırlar:

 

"Qarğa kosmopolit növdür və bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir. Çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır. Qarğaların ziyanlı tərəflərinə gəlincə, qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər".

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...