Bakıda AĞIR QƏZA - Ölənlər var

Cəmiyyət
13:00 / 24.10.2023
5752
Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb. Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün "qovma şousu" onlardan birinin qarşı yola çıxması ilə nətilənib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.
Şahidlərin dediyinə görə iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.