“Ödənişli yoldan əldə olunan vəsait yol infrastrukturunun inkişafına yönəldiriləcək” - Açıqlama

“Ödənişli yoldan əldə olunan vəsait yol infrastrukturunun inkişafına yönəldiriləcək” - Açıqlama

Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan, 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən edilib. Bunun üçün artıq tarif də açıqlanıb.

 

Lakin sözügedən yol üçün təqdim olunan qiymətin yüksək olmasından narazı qalanlar var. Maraqlıdır, təqdim olunan qiymət mövcud vəziyyətə adekvatdırmı? Ümumiyyətlə, ödənişli yolların istifadəyə verilməsini müsbət hal kimi dəyərləndirmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov ödənişli yoldan əldə olunan gəlirin yol infrastrukturunun təkmilləşdirilməsinə ayrılmalı olduğunu deyib:

 

“Hər bir ölkənin avtomobil yolları müxtəlif kateqoriyalara bölünür. Bizdə yüksək səviyyəli yollar var ki, pulsuz istifadəyə verilir. Lakin birinci səviyyədə olan yollar xaricdə olduğu kimi, bizdə də ödənişli əsaslarla çəkilib. Bu, ölkənin nəqliyyat infrastrukturunun təkmilləşməsini nəzərdə tutur. Həmin yollardan keçən avtomobil vasitələri adətən tranzit modelli olur və bu üsul onlara sərf edir. Təbii ki, şəxsi avtomobil sahibləri alternativ yollara üstünlük verir və bu halda heç bir ödəniş etmirlər.

 

Tarif məsələsində ortaq məxrəcə gəlmək çətindir. Əvvəllər bu məsələ ilə bağlı narazılıq da olacaq, istifadədən sonra razılıq edənlər də tapılacaq. Mən tarif qiymətlərinin nəyə əsasən tətbiq edildiyini deyə bilmərəm. Lakin bu yoldan yığılan pullar sonrakı təyinatında şəffaflıq olmalıdır. Ödənişli yoldan əldə olunan vəsait yol infrastrukturunun inkişaf etdirilməsinə yönəlməlidir”.

 

Ekspert bir müddət sonra tarifdə dəyişikliyin ola biləcəyini vurğulayıb:

 

“Bu yolların tarif dərəcələri müxtəlif ölkələrlə müqayisə olunur. Müqayisə edəndə görürük ki, xarici ölkələrdə tranzit yolları bizdən qat-qat bahadır. Bir müddət sonra insanların həyat tərzinə, tələbatlarına, yoldakı xidmət səviyyəsinə görə tarif qiymətləri konkretləşəcək. Ola bilsin ki, zamanla daha optimal qiymət təqdim edilsin. İndi isə narazılıqların olması normal haldır”.

 

Qeyd edək ki, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...