Oğlunu arvadı və gəlininin gözü önündə öldürmüşdü - HÖKM OXUNDU

Oğlunu arvadı və gəlininin gözü önündə öldürmüşdü - HÖKM OXUNDU

Ötən ilin iyun ayında Xırdalanda yaşadığı evdə oğlunu qətlə yetirən 1965-ci il təvəllüdlü Etibar İbadovun məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladı, 1987-ci il təvəllüdlü İlkin İbadovu öldürən E.İbadova hökm oxunub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

 

Araşdırmalar zamanı məlum olub ki, Etibar İbadovun 2 övladı olub. Onun qızı bir müddət əvvəl ailə həyatı qursa da, sonra həyat yoldaşını ataraq Beyləqanda yaşayan şəxsin yanına qaçıb. Lakin E. İbadov ailə üzvləri ilə birgə Beyləqana gedərək qızını geri qaytarıb. Bundan bir müddət sonra qızı yenidən Beyləqana gedib. İbadov qızının evdən getməsində oğlu İlkini günahkar bilib. O, İlkinin bacısına şərait yaratdığını deyib və oğlu ilə münaqişə yaranıb.

 

Hadisə baş verən gün də İlkin gecə saat 23 radələrində sərxoş halda evə gəlib. Etibar İbadov oğlu ilə mübahisə edərək onu təhqir edib. İlkin yataq otağına keçmək istəyərkən o hücum edərək bıçaqla oğlunun ürək nahiyəsinə ağır zərbə endirib, daha sonra isə kəsici alətlə boğazına vurub. Hadisə İlkinin anasının və həyat yoldaşının gözləri qarşısında baş verib.

 

Ürəyinin aorta damarı kəsilən İlkin İbadov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbadova 17 il həbs cəzası verilib.  


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...