Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - FOTOLAR

Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - FOTOLAR

Yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib. Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.

 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

Anar Ələkbərov şagirdlər və valideynlərlə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirib. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.

 

1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üç mərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün məktəbin daxilində idman zalı, həyətyanı ərazidə açıq idman meydançası qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 


























OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...