Güclü yağışdan sonra bu rayona SEL GƏLDİ - FOTOLAR

Cəmiyyət
10:21 / 09.09.2023
3705
Güclü yağışdan sonra Goranboya sel gəlib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə sel gəlib. Nəticədə sel kənd yollarını yararsız hala salıb.
Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.