Dünyada əhali sayının sürətlə artmasının səbəbləri AÇIQLANDI

Dünyada əhali sayının sürətlə artmasının səbəbləri AÇIQLANDI

Son 50 ildə dünyada əhali sayının sürətlə artmasının səbəbləri bəlli olub.

 

Sfera.az BMT-nin məlumatlarına istinadən xəbər verir ki, son 50 ildə dünyada əhali sayının sürətlə artmasının əsas səbəblərindən biri insanların orta ömürünün uzanmasıdır.

 

2021-ci ilin məlumatına əsasən, insanlar 1990-cı ilə nisbətən orta hesabla 10 il çox yaşayır. 1973-cü illə müqayisədə isə insanların orta ömrü 13,7 il artıb.

 

BMT-nin hesablamalarına əsasən 1973-cü ildə insanların orta ömür müddəti 59,3 il olub. Bu göstərici 1990-cı ildə 63 ilə, 2020-ci ildə 71,3 ilə, 2021-ci ildə 73 ilə çatıb.

 

Yaşadığımız əsrin ortalarında orta ömrün 77-78 ilə çatacağı proqnozlaşdırılır.

 

Orta ömür müddətinin uzanması insanların daha sağlam həyat tərzi sürməsi, daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi, yoluxucu xəstəliklərə qarşı mübarizənin səmərəliliyinin artırılması ilə izah olunur.

 

İnsanların orta ömrünün uzanması ilə yanaşı doğulan uşaqlar arasında ölüm nisbəti də xeyli azalıb. 1990-cı ildə diri doğulan hər 1000 uşaqdan 64,6-sı öldüyü halda, 2021-ci ilin əvvəlində bu göstərici 28,4-ə düşüb.

 

İnsanların orta ömrünün uzanması və uşaqlar arasında ölüm səviyyəsinin azalmasından sonra dünyada əhali sayı sürətlə artıb. 1973-cü ildə 3,92 milyard nəfər olan əhali sayı 2022-ci ilin noyabrında 8 milyard nəfəri ötüb.

 

Bu, son 250 ildə əhali sayında ən sürətli artımdır.

 

Bununla belə, son illərdə dünya əhalisinin sayının artım sürəti 50 il əvvəlki dövrlə müqayisədə xeyli azalıb. 1973-cü ildə əhalinin artım sürəti 2 faiz olduğu halda, 2021-ci ildə 0,86 faizə geriləyib.

 

Əhalinin yaşlanmasını və artım sürətinin azalmasını nəzərə alan ekspertlər proqnozlaşdırır ki, dünyada əhali sayı 2050-ci ildə 9 milyard nəfərə çatdıqdan sonra tədricən azalmağa başlayacaq və bu proses uzun müddət davam edəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...