Magistraturaya boş qalan yerlərə müsabiqənin nəticələri elan olundu

Magistraturaya boş qalan yerlərə müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.

 

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2900 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

 

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal).

 

Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.


OXŞAR XƏBƏRLƏR

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...

Zəlzələ nəticəsində dağıntı olub? - RƏSMİ AÇIQLAMA

“Bu gün FHN-ə dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb”.    Sfera.az xəbər verir ki, bunu FHN-nin Tikintiyə Nəzarət Dövlət A...